Hindistanın qərbində təyyarə qəzası nəticəsində ölənlərin sayı 310 nəfəri ötüb.
"The New Indian Express" bu barədə məlumat yayıb.
“Məlumata əsasən təxminən 317 nəfər həlak olub", - deyə nəşr qeyd edib.
Qeyd olunur ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, təxminən 75 nəfər təyyarənin düşdüyü yerdə ölüb. Təyyarənin göyərtəsində olanların demək olar ki, hamısı da dünyasını dəyişib.