Hazırda Yaxın Şərqdə genişmiqyaslı qarşıdurma təhlükəsi mövcuddur.
NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp İran ətrafında yaranmış vəziyyəti şərh edərkən deyib.
Amerika mətbuatında İsrailin İrana qarşı hərbi gücdən istifadə edə biləcəyi ilə bağlı yayımlanan xəbərləri şərh edən Tramp qeyd edib ki, regionda doğrudan da ciddi qarşıdurma riski mövcuddur.
“Bu bölgədə çox sayda amerikalı var. Mən də demişəm ki, onların çıxarılması barədə göstəriş verilməlidir, çünki nəsə baş verə bilər. Və bu, yaxın zamanda baş tuta bilər,” – deyə ABŞ Prezidenti bildirib.