"Çelsi" 4 futbolçusunu satmaq qərarına gəlib. 

Offsideplus.az xəbər verir ki, "zadəganlar" Joau Feliks, Rahim Sterlinq, Aksel Disasi və Ben Çilvel ilə vidalaşmaq istəyir. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. 

Qeyd edək ki, bu futbolçular klublararası dünya çempionatı üçün London təmsilçisinin sifariş ərizəsinə daxil edilməyib.