AZ

TÜRKPA-nın yeni Baş katibinin adı açıqlanıb

Astana, 12 iyun, AZƏRTAC

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Astanada keçirilən iclasında azərbaycanlı deputat Ramil Həsənov qurumun Baş katibi seçilib.

AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, Məhəmməd Alpər Xəyali TÜRKPA Baş katibinin müavini seçilib.

Xatırladaq ki, Astanada TÜRKPA Assambleya Şurasının iclası, həmçinin “Türk əsri: Parlament diplomatiyasının rolu” mövzusunda 14-cü plenar iclas keçirilib.

Onun yekunlarına görə, TÜRKPA-ya sədrlik Azərbaycandan Qazaxıstana keçib və Astana Bəyannaməsi qəbul edilib.

TÜRKPA-nın növbəti, 15-ci iclası Qırğızıstanda keçiriləcək.

 
Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
43
4
azertag.az

8Mənbələr