"Qalatasaray" Almaniya millisinin futbolçusu Leroy Saneni transferinin detallarını açıqlayıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı vingerlə 3 illik müqavilə imzalanıb. Razılaşma 1 iyul tarixindən qüvvəyə minəcək.
Bildirilir ki, oyunçu illik 9 milyon avro maaş alacaq. Bundan əlavə, hər mövsüm üçün 3 milyon avro məbləğində sadiqlik bonusu da nəzərdə tutulub.
Qeyd edək ki, Leroy Sane geridə qalan mövsümdə "Bavariya"nın heyətində 30 oyuna 11 qol və 5 qolun ötürməsi ilə yadda qalıb.