Bakı. Trend:
Azərbaycan mini-futbol millisinin dünya çempionu Ramiz ÇovdarovAlmaniyadakı həyatı və futbol karyerası ilə bağlı maraqlı məqamları“PODKAT” layihəsində bölüşüb.
“Meydana çıxırsan – ortada Toni Kroos oynayır, soyunub-geyinməotağına girirsən – məşqçi Alfonso Devis”, – deyə Ramiz Çovdarov TheIcon League turnirinin səviyyəsini təsvir edərək bildirib ki, oradahər qarşılaşma ulduzların şousuna çevrilir.
Çovdarov əlavə edib ki, mini-futboldan əlavə, Almaniyada həmböyük futbolun aşağı liqalarında, həm də futzal üzrə Bundesliqadaçıxışını davam etdirir. Onun sözlərinə görə, bu tempdə yaşamaq həmböyük bir çağırış, həm də misilsiz bir zövqdür.
Xatırladaq ki, Ramiz Çovdarov qısa müddət əvvəl Azərbaycanyığmasının heyətində mini-futbol üzrə dünya çempionu olub vəturnirin ən yaxşı oyunçusu seçilib.Xatırladaq ki, Ramiz Çovdarovqısa müddət əvvəl Azərbaycan milli komandası ilə birlikdəmini-futbol üzrə dünya çempionu olub və turnirin ən yaxşı oyunçususeçilib.