Türkiyə Super Liqası təmsilçilərindən "Trabzonspor"un qolkiperi Uğurcan Çakır yayda komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, 29 yaşlı qapıçı ilə Fransanın "Monako" və İngiltərə Premyer Liqasına yenicə yüksələn "Börnli" klubları yaxından maraqlanır.
Bu barədə "Lequipe" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, hər iki komanda Uğurcanı heyətinə qatmaq üçün yarış halındadır.
"Trabzonspor" uyğun təklif gələcəyi təqdirdə oyunçu satmağa hazırdır.
Qeyd edək ki, Türkiyə millisinin üzvü Trabzon təmsilçisinin yetirməsidir.
İngiltərə millisinin üzvü “Marsel”də - RƏSMİ
“Fənərbaxça” Conatan Deyvid üçün hərəkətə keçdi
Mateuş Kunya rəsmən "Mançester Yunayted"də
"Tottenhem" Postekoğlunu göndərdi, onu gətirdi
Türk futbolçu “Bavariya”nı tərk edir