ABŞ "Air India" aviaşirkətinə məxsus "Boeing 787 Dreamliner" təyyarəsinin qəzaya uğraması ilə bağlı Hindistana yardım təklif edib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
ABŞ lideri qəzanı aviasiya tarixinin ən pis hadisələrindən biri adlandırıb və Vaşinqtonun əlindən gələni etməyə hazır olduğunu deyib .
"Bu, böyük ölkədir, güclü ölkədir, onlar bunun öhdəsindən gələcəklər, əminəm. Mən onlara başa saldım ki, əgər bizim edə biləcəyimiz bir iş varsa, dərhal ora gedəcəyik", - dövlət başçısı qeyd edib.
Trampın sözlərinə görə, bunun nə ola biləcəyi barədə heç kimin ən kiçik təsəvvürü belə yoxdur. O, həmçinin Hindistana bir neçə məsləhət verdiyini də bildirib.