UFC-nin Bakıda təşkil edəcəyi döyüş gecəsinin əsas döyüşçüsü Khalil Rountree "Qarabağ" klubunun forması ilə Bakı küçələrini gəzib.
Operativ Media xəbər verir ki, bu haqda döyüşçüsünün özü İnstaqram hesabında fotolar paylaşıb.
O, fotolarını "Qonaqpərvərliiyin vətəni" başlığı ilə izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, UFC təşkilatı iyunun 21-də Bakıda "Cristal Hall"da döyüş gecəsi təşkil edəcək.