AZ

Əl cizgilərində gizlənən sirlər: Gələcəyimizi bilmək mümkündür?

Dünyada sirlərlə dolu elmlər var. Onlardan biri də xiromantiya - əl cizgiləri ilə insanın xarakterini və gələcəyini oxumaqdır.

Publika.az xəbər verir ki, bu barədə "Baku" TV-yə xiromantiya üzrə mütəxəssis Vahid Məcidov məlumat verib.

O qeyd edib ki, əl cizgiləri insanın psixoloji durumu, bacarıqları, həvəsləri və s. ilə bağlı məlumatları özündə əks etdirir.

"Əsas ömür xəttidir. Onun üstündə olan əlamət və işarələr həyatımızda baş verən və gələcəkdə olacaq hadisələri göstərir. Əl cizgiləri ilə insanın ciddi xəstəliklərini də bilmək olur", - deyə o bildirib.

Seçilən
52
10
publika.az

10Mənbələr