Almaniyanın müdafiə naziri Boris Pistorius 2025-ci ildə Ukraynaya daha 1,9 milyard avro hərbi yardım ayırmağı planlaşdırdığını açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu barədə Ukraynaya səfəri zamanı məlumat verib.
Onun sözlərinə görə, vəsaitlər, digər məsələlərlə yanaşı, uzaqmənzilli raketlərə də yönəldiləcək.
Bundestaq bu məbləğin ayrılmasını təsdiqləsə, Almaniyanın 2025-ci ildə Ukraynaya ayırdığı hərbi yardımın ümumi məbləği təxminən 9 milyard avro təşkil edəcək.