AZ

Almaniya Ukraynaya 1,9 milyard avro dəyərində hərbi yardım ayıracaq

Bakı. Trend:

Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevə səfəri zamanıölkəsinin Ukraynaya 1,9 milyard avro dəyərində əlavə hərbi yardımgöstərməyi planlaşdırdığını açıqlayıb.

Trend xəbər verir ki, nazirUkrayna Prezidenti Volodimir Zelenski ilə Kiyevdə keçirilən birgəmətbuat konfransında bu vəsaitin digər məsələlərlə yanaşı,uzaqmənzilli raketlərin maliyyələşdirilməsinə də yönəldiləcəyinibildirib. Əlavə vəsait Bundestaq tərəfindən təsdiqləndikdəAlmaniyanın bu il Ukraynaya ayıracağı yardımın məbləği ümumilikdə 9milyard avroya çatacaq.

Almaniyanın cari ilə Ukraynaya 4 milyard avroluq dəstəkləbaşladığını deyən B.Pistorius qeyd edib ki, bu məbləğ son aylarərzində 7 milyard avroya qədər artırılıb. O, hazırda əlavə 1,9milyard avroluq yardımın nəzərdə tutulduğunu, bu məbləğinparlamentin qərarından sonra növbəti həftələr və aylar ərzindəayrılacağını vurğulayıb.

Ölkəsinin Ukraynada istehsal ediləcək uzaqmənzilli silahsistemlərinin maliyyələşdirilməsində də iştirak etməyə hazırolduğunu qeyd edən B.Pistorius deyib: “İlk sistemlər artıqqarşıdakı aylarda istifadəyə verilə bilər. Bundan əlavə, bizUkrayna hökumətinə və silahlı qüvvələrinə öz hərbi sənayemüəssisələrindən məhsulların alınması üçün vəsait ayıracağıq ki, buda həmin sənayenin imkanlarından daha səmərəli istifadə olunmasınaimkan verəcək”.

Almaniyalı nazir “Taurus” tipli uzaqmənzilli raketlərinUkraynaya verilməsi barədə suala cavabında bu məsələnin nəzərdənkeçirilmədiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Ukrayna 500 kilometrdən çox atəş məsafəsinə malikbu raketlərin uzun müddətdir verilməsini istəyir.

Seçilən
22
az.trend.az

1Mənbələr