AZ

Bakıda bağçaya siçovullar hücum etdi - FOTO/VİDEO

BAKI, 12 iyun. TELEQRAF

Bakının Nizami rayonunda yerləşən Şahin Abbasov adına bağçadan valideynlər şikayət edib.

Teleqraf xəbər verir ki, bağçada körpələrin yatdığı otağa siçovullar hücum edib.

"Ümumiyyətlə, bağça baxımsız vəziyyətdədir. Anti-sanitar vəziyyət hökm sürür. Uşaqlar sanitar qovşağa girməyə qorxurlar. Kanalizasiya suyu onların üzərinə axır". Bu sözləri valideynlər bildirib.

110 körpəyə xidmət edən bağça 1976-ci ildə tikilib və indiyədək əsaslı təmir edilməyib.

Faktla bağlı Bakı Şəhər Təhsil İdarəsindən sorğuya cavab olaraq bildirilib ki, Bakı şəhəri Şahin Abbasov adına körpələr evi-uşaq bağçasının infrastrukturunun yenilənməsi ilə bağlı aidiyyəti üzrə müraciət olunub. Məsələnin həlli istiqamətində müvafiq işlərin görülməsi nəzərdə tutulur.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi və şəbəkəsinin genişləndirilməsi baxımından davamlı tədbirlər, sosial inkişafa xidmət edən proqramlar həyata keçirilməkdədir. Bu tədbirlər uşaqların təlim-tərbiyə şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir.

Seçilən
8
1
teleqraf.com

2Mənbələr