AZ

Makron 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişini qadağan edəcək


Fransa Prezidenti Emmanuel Makron 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişini qadağan etmək istədiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “France 2” telekanalının efirində deyib.
“Mən 15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrin qadağan edilməsinin tərəfdarıyam. Və biz bunu edə bilərik. Çünki bütün bu platformalar üz tanıma və ya identifikatorlardan istifadə edərək yaşı yoxlamaq imkanına malikdir”, - o deyib.
Prezidenti əlavə edib ki, Fransada artıq hər bir məktəblinin fərdi nömrəsi olan məlumat bazası var və ondan həm də şəxsin yaşını təsdiqləmək üçün istifadə oluna bilər.
Makron aqressiv davranış nümayiş etdirən uşaqların tək valideynli ailələrdə böyüdüyü, lazımi diqqət və tərbiyə almadığı halların çoxluğuna diqqət çəkib:
“Mən bu məsələyə Avropa səviyyəsində baxılmasını təmin etmək istəyirəm. Əgər bu, alınmasa, biz bunu Fransada edəcəyik. Biz gözləyə bilmərik”.
Seçilən
33
yeniavaz.com

1Mənbələr