Hindistanın Əhmədabad şəhərindən Londona uçan “Air India” şirkətinə məxsus “Boeing 787 Dreamliner” təyyarəsi havaya qalxandan 1 dəq. sonra 230 sərnişinlə və 12 ekipaj üzvü birlikdə yerə, tibb işçilərinin yataqxana binasına çırpılıb. təyyarədəki 24, binadakı 69 insan həlak olub.
Nədən, belə müasir və böyük tutumlu sərnişin təyyarəsi “Boeing 787-8 Dreamliner” ilk dəfədir ki, havaya qalxan kimi yerə düşüb də partlasın? Cavab üçün, real variantları azacıq analiz edək.
Belə düşünmək olar ki, bu təyyarə kifayət qədər sürət yığa bilməyib uçuş xəttində qaçış zamanı.
Az sürətlə yığılan az kinetik enerji isə, təyyarəni havada saxlaya bilməyib. Təyyarə də çox yüklü, sərnişinli və həm də, xeyli yanacaqla yüklənmiş olub ki, gedib, uzaq Londona birbaş çata bilsin.
Bir də, məlumata görə Əhmədabadda havanın hərarəti 45 dərəcə isti olub. Bu halda isə hava sıxlığı az olur və təyyarə motoru seyrək havanı uçuş üçün tam istifadə edə bilmir. Bir sual da olar ki təyyarə uçuş xəttinin ortasından strart götürüb, qaçış məsafəsi az olub: inamlı deyil.
Qalan, motor xarab olub söhbəti də əsla inam yaratmır. Yerdə yoxlanılmış, uçuş xəttində tam çalışan motor 30-40 san.də niyə xarab olsun? Uçuşa hazırlığın və pilotların səhvidir, görünür.
P. S.
Bununla belə təsadüfən bir Britaniya vətəndaşı əslən hindistanlı sağ çıxıb, o boyda partlayışda möcüzə kimi. Öndəki, 11-A cərgəsində oturub. Azal-ın qəzasındasa, arxadakılar sağ çıxmışdı.
Videoda qəzanın yeni fərqli görüntüsü. Və sağ çıxanın, çıxan an videosu və klinikadakı şəkili.