NATO şərq cinahında raket əleyhinə müdafiə sistemlərinin gücləndirilməsini nəzərdən keçirir.
Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Alyans mövcud raketdən müdafiə qalxanının digər sistemlərlə inteqrasiyasını müzakirə edir. Bu, ilk növbədə Rusiya tərəfindən gələn potensial təhdidlərə qarşı yönəlib.
Qeyd olunur ki, bu təşəbbüs NATO-nun şərq sərhədini möhkəmləndirməyə yönəlmiş daha geniş strategiyanın bir hissəsidir. Bununla belə, bəzi Alyans ölkələri bu cür tədbirlərin Ukraynada sülh səylərinə necə təsir göstərəcəyi və ABŞ tərəfindən dəstək alıb-almayacağı barədə şübhə edirlər.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta