Çin dünyanın ən böyük amfibiya təyyarəsi “AG600 Jiaolong”un kütləvi istehsalına yaşıl işıq yandırıb.
Editor.az xəbər verir ki, bu barədə “The Independent” yazır. Ötən gün Çinin Mülki Aviasiya Administrasiyası AG600 təyyarəsini istehsal üçün sertifikatlaşdıraraq, onun kommersiya bazarına çıxmasına zəmin yaradıb.
AG600-ün aşağı hündürlükdə, aşağı sürətli uçuş imkanları, yüksək yanğınsöndürmə performansı və xilasetmə imkanları ilə öyündüyü deyilir. AG600 təxminən Boeing 737 ölçüsündədir, uzunluğu təqribən 37 m və qanad genişliyi təxminən 39 m-dir. AG600-ün maksimal sürəti 560 km/saat, uçuş məsafəsi isə 4500 km-dir. AG600 dörd turbovintli mühərriklə təchiz edilib və dəniz axtarış-xilasetmə missiyaları zamanı 50 nəfəri daşıya bilir. Təyyarə yanğının söndürülməsi üçün 20 saniyəyə 12 ton su götürə bilir.
//Samir Qurbanov, Editor.az