Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistanın Əhmədabad şəhərində baş verən təyyarə qəzasında həyatını itirənlərin ailələrinə və yaxınlarına xalqı adından başsağlığı verib.
Referans xəbər verir ki, Ərdoğan bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“Hindistanın Əhmədabad şəhərində baş verən təyyarə qəzasında həyatını itirənlərin ailələrinə, onları sevənlərə türk milləti adından başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.
Xatırladaq ki, Hindistanın Əhmədabad şəhərində 242 sərnişin və ekipaj üzvü olan sərnişin təyyarəsi hava limanı yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 290-dan çox insan həyatını itirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta