Xəbər verdiyimiz kimi, Hindistanda baş verən təyyarə qəzasında yalnız bir nəfər sağ qalıb.
Publika.az "Reuters"ə istinadla xəbər verir ki, həmin şəxs 40 yaşlı Rameş Visvaşkumardır.
Yerli polis bildirib ki, o, təyyarədə fövqəladə çıxışın yaxınlığında otururmuş və qəza zamanı oradan tullanaraq sağ qalmağa nail olub.
Xəstəxana çarpayısından Hindistan mediasına danışan 40 yaşlı Rameş bildirib ki, o, Böyük Britaniya vətəndaşıdır və qardaşı ilə birlikdə Hindistandakı ailəsini ziyarət etdikdən sonra Britaniyaya qayıdırmış.