AZ

"Qalatasaray" ilk transferini açıqladı

"Qalatasaray" vinger Leroy Sane ilə müqavilə imzalayıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli futbolçunun müqaviləsi üç illikdir və iyulun 1-dən qüvvəyə minir.

Alman futbolçunun zəmanətli maaş kimi ildə 9 milyon avro, sadiqlik bonusu olaraq isə mövsüm başına daha 3 milyon avro alacağı vurğulanır.

Daha əvvəl mətbuatda Sanenin 30 iyun 2025-ci ilə qədər müqaviləsi olduğu "Bavariya"nın heyətində Klublararası Dünya Çempionatında oynayacağı barədə xəbərlər yayılmışdı.29 yaşlı cinah yarımmüdafiəçisi Almaniya Bundesliqasının 2024/2025 mövsümündə 30 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun Çempionlar Liqasında da 13 oyunu və bir qolu var.

Seçilən
35
90deqiqe.az

1Mənbələr