AZ

Valeri: “Messi meydana çıxanda, sanki hələ də bir uşaqdır”

Argentinalı keçmiş yarımmüdafiəçi Dieqo Valeri “İnter Mayami”nin 37 yaşlı argentinalı veteran ulduz hücumçusu Lionel Messidən sögbət açıb.

Arena.az “Goal” dərgisinə istinadən, Valerinin müvafiq açıqlamasını təqdim edir:

“Lionel Messinin ABŞ-a köçməsindən sonra hansı dəyişikliklər baş verib? Onun bütün bacarıqları, qolları, sehrli məqamları – amma həm də onun necə rəqabət aparması, necə mübarizə etməsi. Mən düşünürəm ki, o, səmt müəyyənləşdirir. MLS üçün, gənc oyunçular üçün, liqaya gəlmiş digər cənubiamerikanlar üçün o, liqaya necə gəlməyi və rəqabət aparmağı göstərir. Mənim, onun oyunlarını şərh etmək imkanım var, onunla hər oyun isə – doğrusu, ayrıca bir tarixçədir. O elə təfərrüatı icra edir ki, başqaları heç sezmirlər belə, özü də bunu elə asanlıqla edir ki, sanki bu, heç bir şeyə dəymir. Mən futbolu sevirəm və baxmağı sevirəm, o, bir argentinalı olaraq bizim bayrağımızı ucaldır, amma bu mənzərədə bunu həqiqətən, doğru-dürüst, aparcı surətdə edir.

Hər oyundan sonra o, özünün futbol köynəyini kiməsə hədiyyə edir! Bu da onun xasiyyəti haqda danışır. Bəzən o, hakimə qəzəblənir – bu da həqiqətən, səmiyyətlə baş verir, bu isə yaxşıdır. O, meydana çıxanda, sanki hələ də bir uşaqdır. Mənə, onunla görüşmək nəsib olub, mən isə onun əlini sadəcə sıxdım və təşəkkürümü bildirdim. Mən ona dedim ki, o, düzgün yer seçib. Onun, seçim üçün o qədər ölkə və liqa imkanı vardı ki, budur, bax – bu, ondan zövq almaq və ən yaxşı kəsdən öyrənmək fürsətidir”, deyə Valeri məmnunluqla vurğulayıb.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 20 oyuna 15 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 59 oyun, 49 qol və 24 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 193 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Seçilən
8
arena.az

1Mənbələr