AZ

"Yuventus"u "Mançester Yunayted"ə dəyişə bilər

"Yuventus"un yarımmüdafiəçisi Duqlas Luiz karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

90deqiqe.Az-ın "Give me Sport"a istinadən yaydığı məlumata görə,  27 yaşlı futbolçunun xidmətində İngiltərə klubu maraqladır.

Turin klubu braziliyalı futbolçunu satmaq istəyir və 36 milyon avro təklifi nəzərdən keçirməyə hazırdır. “Qırmızı şeytanlar” “Nottingem Forest” və Luizin keçmiş klubu “Aston Villa” ilə rəqabət apara bilər.

Yarımmüdafiəçi 2024-cü ilin yayında "Aston Villa"dan "Yuventus"a keçib. Bu müddət ərzində Luiz bütün yarışlarda 26 matçda iştirak edib və qol vurmayıb. Futbolçunun klubla əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında təqdim olunan məlumata görə, futbolçunun bazar dəyəri 38 milyon avrodur.

Seçilən
37
90deqiqe.az

1Mənbələr