AZ

“Google”, “Amazon”, “Spotify” və digər xidmətlər qlobal problemlə üzləşdi


İyunun 12-də axşam saatlarında iri xidmətlərin işində problem yaranıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Downdetector” məlumat yayıb. 
İstifadəçilər müxtəlif “Google” xidmətlərinə, o cümlədən “Cloud”, “Drive”, “Meet”, “Gmail”, həmçinin axtarış sistemi və “YouTube” video hostinqinə daxil olmaqda problemlərin olduğunu bildiriblər.
Həmçinin, “Downdetector”un məlumatına görə, “Amazon Web Services, “Cloudflare”, “Spotify”, “Discord”, “Snapchat” və bir çox başqa şirkətlərin işində nasazlıq olub.
“Google Cloud”un səhifəsində bildirilib ki, bir sıra xidmətlərin kəsilməsi dünyanın əksər regionlarına təsir edib. “Google” bildirib ki, onun xidmətlərinin işində problemlə bağlı xəbərləri araşdırır.
Seçilən
52
1
yeniavaz.com

2Mənbələr