AZ

"Milan" Tyaqonu transfer siyahısına daxil edib

Fransanın “Lion” klubu tərəfindən qış transfer pəncərəsində “Botafoqo”dan icarəyə götürülən Tyaqo Almada yayda Avropada qalmaq niyyətindədir.

90deqiqe.Az-ın məlumatına görə, icarə müqaviləsi iyunun sonunda başa çatacaq 24 yaşlı yarımmüdafiəçi Braziliyaya dönməli olsa da, onun gələcək planları Avropa klubları ilə sıx bağlıdır.

 “Milan” artıq argentinalının mümkün transferi ilə bağlı ilkin məlumatları toplayıb. Gənc futbolçu həmçinin Madridin “Atletiko” klubunun da maraq dairəsindədir.

2025-ci ildə Argentina millisinin heyətində 4 oyuna çıxan Almada 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalı oyunçunun dəyərini 25 milyon avro olaraq qiymətləndirir.

Seçilən
6
90deqiqe.az

1Mənbələr