Madridin "Atletiko" klubu "Milan"ın sol cinah müdafiəçisi Teo Hernandesi transfer etməyə yaxındır.
90deqiqe.Az-ın məlumatına görə, ilkin olaraq fransız futbolçu üçün 15 milyon avro təklif edən "Atletiko" bu məbləğin az olması səbəbilə "Milan"dan rədd cavabı alıb.
Daha sonra madridlilər təkliflərini 20 milyon avroya qədər artırıblar və bu rəqəm artıq "rossoneri" rəhbərliyini qane etmək üzrədir. Hazırda tərəflər yalnız bir neçə detalları dəqiqləşdirməklə məşğuldur və razılaşmanın tezliklə rəsmiləşməsi gözlənilir.
27 yaşlı müdafiəçi transferə artıq razılıq verib. Qeyd edək ki, Teo Hernandeslə daha əvvəl Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu da maraqlanırdı. Lakin futbolçu Avropada qalmağa üstünlük verib.