AZ

Premyer Liqa klubunun yeni məşqçisi bəlli oldu

"Tottenhem" futbol klubu yeni baş məşqçisini açıqlayıb.Metbuat.az xəbər verir ki, İngiltərənin "Tottenhem" klubu baş məşqçi Ange Postecoglou ilə yolları ayırdıqdan sonra onun yerinə Thomas Franki gətirib. Klubdan verilən məlumata görə, danimarkalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Thomas Frank 2018/2019 mövsümündən bəri "Brentford" klubunu çalışdırırdı. O, cari mövsümdə komandasının başında 43 oyuna çıxaraq 19 qələbə, 8 heç-heçə və 16 məğlubiyyətlə yadda qalıb.

Seçilən
7
metbuat.az

1Mənbələr