AZ

Bakıda “1-ci Türk Dilli Dövlətlər Birliyi Onkologiya Konqresi” keçiriləcək » AzadMedia.az

Bakıda

Bakı, 12 iyun — Azadmedia.az

Bakıda “1-ci Türk Dilli Dövlətlər Birliyi Onkologiya Konqresi” keçiriləcək.

Azadmedia.az xəbər verir ki, 13–14 iyun tarixlərində Bakıdakı Marriott Boulevard Hotel-də Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlığı gücləndirməyi hədəfləyən “1-ci Türk Dilli Dövlətlər Birliyi Onkologiya Konqresi” baş tutacaq.

Konqresin əsas məqsədi Türk dövlətlərindən olan onkoloqlar arasında elmi, sosial və mədəni əməkdaşlığı inkişaf etdirmək, təcrübə və bilik mübadiləsini artırmaq, eyni zamanda xərçəngin erkən diaqnostikası, effektiv müalicə üsulları və müasir skrininq proqramlarının ortaq çərçivədə müzakirə edilməsini təmin etməkdir.

Tədbirdə aşağıdakı mühüm mövzular ətrafında geniş elmi müzakirələr aparılacaq:
• Erkən diaqnostika və müalicə strategiyaları
• Xərçəng qeydiyyat sistemləri və skrininq proqramları
• Yeni nəsil müalicə yanaşmaları
• Regional səhiyyə siyasətləri və əməkdaşlıq modelləri

Konqresə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistandan ümumilikdə 500-ə yaxın akademik və səhiyyə nümayəndəsi qatılacaq. Avrasiya Onkologiya Cəmiyyətinin dəstəyi ilə Türkiyədən 100 akademik tədbirdə iştirak edəcək.

Konqres çərçivəsində yalnız elmi sessiyalar deyil, həm də ortaq layihələrin təməlini qoyacaq protokol görüşmələri və türkdilli dövlətlər arasında mədəni əlaqələri gücləndirəcək sosial proqramlar da nəzərdə tutulub.

Bu mühüm beynəlxalq tədbir, həm elmi yeniliklərin mübadiləsi, həm də qardaş ölkələr arasında dayanıqlı əməkdaşlıq modelinin formalaşması baxımından mühüm əhəmiyyətə malikdir.

Ətraflı məlumat və qeydiyyat üçün:
🔗 turkiconco.com

Mətbuatla əlaqə:
[email protected]

Seçilən
54
1
azadmedia.az

2Mənbələr