"Yuventus" klubu müdafiəçi Nikolo Savona ilə yeni müqavilə imzalayıb.
90deqiqe.Az-ın məlumatına görə, 22 yaşlı futbolçunun yeni müqaviləsi 30 iyun 2030-cu ilə qədər qüvvədə olacaq.Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Akademiyanın yetirməsi olan Savona 2024-cü ilin avqustunda əsas komandaya qoşulub və 19 avqustda "Komo"ya qarşı keçirilən A Seriyası matçında debüt edib. Həmin qarşılaşma turinlilərin yeni mövsümdə ilk oyunu olub və qələbə ilə başa çatıb.
Gənc müdafiəçi debüt mövsümündə bütün turnirlər daxil olmaqla 37 oyunda meydana çıxaraq sabit performans sərgiləyib. "Yuventus" A Seriyasının geridə qalan mövsümünü 70 xalla başa vuraraq turnir cədvəlində dördüncü yeri tutub.