AZ

Regionlar yay turizm sezonuna hazırdır?

Bakı.Trend:

Artıq yay turizm sezonu başlanır. Hər il olduğu kimi bu il dəmövsümlə əlaqədar turizm regionlarında canlanma və qiymət artımımüşahidə olunur.

Turizm eksperti Rəhman Quliyev Trend-ə bildirib ki, artıq yay tətili günləribaşlayır və vətəndaşlar bölgələrə səfər edirlər:

“Qonaqlar xüsusilə də şimal istiqamətinə üz tuturlar. Quba-Qusaristiqaməti həmişəki kimi trend olaraq qalır. İsmayıllı, Qax, Şəki,Zaqatala, Balakən bölgəsində yeni yolların qurulması bu istiqamətdəhərəkət zamanı müəyyən çətinlik yaradır”.

“Hesab edirəm ki, Qarabağ bölgəsinə də getməyə əvvəlki illərənisbətən daha çox maraq var. Qarabağ bölgəsində turizm coğrafiyasıdaha da genişləndirilib. Bəzi məhdudiyyətlər aradan qaldırılsa dahələ də portal vasitəsilə gediş-gəliş etmək mümkündür. Ümumi olaraqəvvəlki illərə nisbətən bölgələrimizə gedən turistlərin sayındaartım müşahidə olunur”-R.Quliyev qeyd edib.

Ekspert deyib ki, pandemiyadan əvvəl qonşu ölkələrə gedənAzərbaycan vətəndaşlarının sayı daha çox idi:

“Çünki sərhəd keçid vasitəsilə qonşu ölkələrə, Gürcüstana yaxudRusiyanın bizə yaxın olan əyalətlərinə gedirdilər. Həmin turistkütləsi bu gün regionlara səfər edir, bu da daxili turizmdəcanlanma yaradır. Bu gün pandemiyadan əvvəlki dövrə nəzər salsaqgörərik ki, regionlarda yerləşmə sayında böyük fərq var. Bu fərqtələbatdan irəli gəlir. Hesab edirəm ki, bu artım tendensiyasısürətlə inkişaf edəcək. Daxili və xarici turistlər işğaldan azadolunmuş ərazilərə daha çox səfər edəcəklər. Bu gün bizə vacib olanQarabağ istiqamətində, yəni Şuşa, Laçın, Zəngilan, Kəlbəcər,Xankəndi, Xocavənd, ümumi olaraq bütün rayonlara səfər edilməsinizəruri hesab edirəm. Çünki azad olunan ərazilərə qayıdanvətəndaşlarımızın öz sosial rifahlarını yaxşılaşdırması üçünturistə ehtiyacları var”.

Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov isə Trend-ə açıqlamasındaqeyd edib ki, Yay mövsümü ilə əlaqədar olaraq tətillərdən sonradaha çox insan regionlara səfərlər edəcəklər:

"Bu da tələbatı qaldırmış olur və qiymətlərə də öz təsirinigöstərir. Biz bunu tətil günlərində müşahidə edirik. Amma bir şeyiqeyd etmək lazımdır ki, əvvəlki dövrlərlə müqayisədə qiymətlərinkəskin artımına rast gəlinmir. Çünki bazarda artıq hər il yeniqalma yerləri əlavə olunur, yeni hotellər tikilir".

Ekspert bildirib ki, daha çox kənd evləri, apartmanlar buqiymətlərlə bağlı məsələdə turistin xeyrinədir:

"Çünki bunlar qiymətlərin artmasının müəyyən qədər qarşısınıalır. Getdiyimiz yerdə daha çox qalma yeri təklifi varsa, bu ayrıcabir seçim imkanıdır və bu imkan əsasında da qiymətlərin kəskinartımını müşahidə etmirik. Nəzərə alsaq ki, bu cür artımların sayıçoxdur və ildən-ilə də artır, bu ilki qiymətlər keçən ilkindən çoxdeyil. Hətta apartman və kənd evlərində hotellə müqayisədə dahauyğun yerlər tapmaq mümkündür. Amma qiymətlərin ümumi fonda başqamövsümlərlə müqayisədə qalxması isə mövsümdə səyahətlərin sayınınçox olması, tələbatın artması ilə əlaqədardır"

Seçilən
22
az.trend.az

1Mənbələr