Müayinə və təmir edilən nasaz SMB qurğularının açılması və qoşulması təhlükəsizlik tələblərinə uyğun yerinə yetirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Bu proses infrastruktur sahibi tərəfindən təsdiq edilmiş qaydalar əsasında aparılır. SMB qurğularına texniki xidmət göstərilməsi və təmiri zamanı qatarların hərəkətinin təhlükəsizliyi təmin edilməlidir. Aparat-proqram vasitələri ilə idarə olunan stansiyalarda yoldəyişənlərin marşruta qoyulması xüsusi qaydalar əsasında tənzimlənir. Bu qaydalar infrastruktur sahibi tərəfindən müəyyən edilir. Bütün proseslər müvafiq nəzarət altında icra olunmalıdır.