AZ

"Mançester Yunayted" Mateus Kunyanı transfer etdi

"Mançester Yunayted" braziliyalı hücumçu Mateus Kunyanın transferini rəsmiləşdirib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu İngiltərə klubu ilə beş illik müqavilə imzalayıb. Müqavilədə əlavə bir illik uzatma opsiyası da nəzərdə tutulub.

Britaniya mətbuatının məlumatına görə, transferin ümumi məbləği təxminən 74 milyon avro təşkil edir. Ödəniş bir neçə mərhələdə həyata keçiriləcək və dörd-beş il ərzində tam ödənəcək.

Kunyanın əvvəlki klubu "Vulverhempton"la müqaviləsi 2029-cu ilə qədər qüvvədə idi. O, 2024/25 mövsümündə "canavarlar"ın heyətində 36 oyuna çıxaraq 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
23
90deqiqe.az

1Mənbələr