PM yüklü vaqonların sərnişin və poçt-baqaj qatarlarına qoşulması qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Hərbi eşelonlar və fövqəladə hallar üçün nəzərdə tutulmuş qatarlar bu qaydadan istisna təşkil edir. Adamların olduğu vaqonlara PM yüklü vaqonlar qoşula bilməz. Üçüncü və daha yüksək dərəcəli yan qabaritsiz yüklü vaqonlar olan qatarlara PM yüklü vaqonların qoşulmasına icazə verilmir. Qatarların normativ uzunluğunu keçən tərkiblərdə PM yüklü vaqonlar olmamalıdır. Tezalışan və zəhərli maddələrlə dolu qatarlara da PM yüklü vaqonların qoşulması qadağandır.