"Arsenal"ın yarımmüdafiəçisi Tomas Parti klubu ilə yeni müqavilə imzalamağa hələlik razılıq verməyib.
90deqiqe.Az-ın məlumatına görə, 31 yaşlı futbolçu "Barselona"nın marağından xəbərdardır və gələcəyinə dair qərar verməzdən öncə bütün variantları diqqətlə dəyərləndirir.
Qanalı həmçinin "Arsenal"ın yay transfer planlarını da nəzərə alır. Xüsusilə, "Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Subimendinin mümkün gəlişi onun əsas heyətdəki yerini təhlükəyə ata bilər.
Təcrübəli futbolçunun "Arsenal"la hazırkı müqaviləsi bu ayın sonunda başa çatır. Geridə qalan mövsümdə Parti Mikel Artetanın rəhbərliyi altında 52 matçda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.