Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra artırıla bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.
Kapital artırılması iştirakçıların əlavə maya qoyması, cəmiyyətə qarşı pul tələbi olan şəxslərin tələblərinin nizamnamə kapitalında paya çevrilməsi və ya yeni iştirakçıların maya qoyması yolu ilə həyata keçirilir. Əgər cəmiyyətin ödənilməmiş zərəri nizamnamə kapitalından çoxdursa, artıq məbləğ iştirak payı ilə əvəzlənməli, sonra isə əlavə maya ilə aradan qaldırılmalıdır. Amortizasiya xərcləri ödənilməmiş zərərin hesablanmasına daxil edilmir.