Yeni qaydalar uçuşa yararlılığın saxlanılması sahəsində məsul qurumların vəzifələrini konkretləşdirir. Bu vəzifələrə texniki baxışlar, nasazlıqların aradan qaldırılması və texniki xidmətin qeydiyyatı daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılması Qaydası”nda əksini tapıb.
Təşkilatlar texniki xidmətin təsdiq olunmuş proqram əsasında aparılmasını təmin etməlidir. Modifikasiya və təmir işləri isə müvafiq qanunun tələblərinə uyğun olmalıdır. Bütün proseslər uçuşların təhlükəsizliyini artırmağa yönəlib.