Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin əməkdaşlarına məharət dərəcələrinin verilməsi zamanı xüsusi bilik və bacarıqlar tələb olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında Əsasnamə”də qeyd olunub.
Kiçik və baş zabit heyəti “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”, Silahlı Qüvvələrin nizamnamələri və Tibb Xidmətinin qanunvericiliyini bilməlidir. Onlar sağlamlığın qorunması ilə bağlı əmrlər, təlimatlar və digər rəhbər sənədlərin tələblərini mənimsəməlidirlər. Müxtəlif tibbi sənədlərin tərtibatını və kargüzarlığı bilməlidirlər. Fərdi mühafizə vasitələrinin və tibbi avadanlıqların əsas növlərini, təyinatını bilmələri zəruridir. Kiçik və baş zabitlər öz işini planlamağı bacarmalıdır. Xidmət sahəsində uçot və hesabat aparmaq qabiliyyətinə malik olmalıdırlar. Onlar mövcud texnika və rabitə vasitələrini işə hazırlayıb tətbiq etməyi bacarmalıdır.