Qanunsuz müdaxilə aktının baş vermə ehtimalı 5 ballıq şkala ilə qiymətləndirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.
5 ballıq qiymət ən yüksək risk səviyyəsini ifadə edir.
“Yüksək” kateqoriyada ötən illərdə terror aktları baş verib və sübutlar mövcuddur.
“Orta-yüksək” kateqoriyada planlaşdırma və kəşfiyyat məlumatları mövcuddur.
“Orta” səviyyədə bəzi məlumatlar olsa da, faktiki planlaşdırma sübut olunmayıb.
“Orta-aşağı”da insidentlər azalıb, lakin niyyətlər mövcuddur.
“Aşağı” səviyyədə yalnız nəzəri ehtimallar var, real təhlükə yoxdur.
Bu şkala riskin qiymətləndirilməsində əsas rol oynayır.