AZ

Məlumatların Toplanması və Təhlil PRİNSİPLƏRİ

Məlumatların toplanması zamanı əməkdaşların zəruri məlumatlara buraxılış səlahiyyəti olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.

Məlumatlar müntəzəm və real zaman şəraitində toplanmalıdır.

Yalnız leqal mənbələrdən alınan məlumatlar təhlil edilir.

Cinayət faktları, o cümlədən hava gəmisinin partladılması və ya hava limanına basqınlar nəzərə alınmalıdır.

Təhlildə ölkənin sosial-iqtisadi və ictimai vəziyyəti də qiymətləndirilir.

Məsələn, siyasi təlatümlər və iqtisadi böhran təhlükəsizlik tədbirlərinə təsir edir.

Bu, aviasiya təhlükəsizliyinə ayrılan resursların azalmasına səbəb ola bilər.

Seçilən
20
heftelik.az

1Mənbələr