AZ

“Rusiya ilə Ukrayna arasındakı münaqişənin həlli Trampın əlindədir” – Zelenski


“Trampın Rusiya və Ukrayna arasında münaqişəni dayandırmağa kömək edəcək “rıçaq”ları var”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Axel Springer” media holdinqinə müsahibəsində deyib.
Ukrayna lideri əmindir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında hərbi münaqişəyə son qoymağa qadirdir:
“Hər şey onun əlindədir... Sanksiya paketinin nə qədər güclü olacağı ondan asılıdır. Qərarların qəbulunun sürəti ondan asılıdır”.
Fevralın sonlarında Ağ Evdə Trampla ictimai mübahisədən danışan Zelenski:
“Düşünmürəm ki, bu, bizi bir-birimizə yaxınlaşdırdı. Lakin bu keçmişdə idi. Və bu gün biz mümkün olan hər şeyi etməliyik ki, Oval Ofisdə növbəti görüşün hər iki ölkə üçün uğurlu olmasını təmin edək”.
Seçilən
21
yeniavaz.com

1Mənbələr