Hava gəmisindən yerüstü hədəflərə qarşı silah kimi istifadə edilməsi hələ də terrorçular üçün maraqlı vasitə olaraq qalır.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.
2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən terror aktları bunun nə qədər təhlükəli olduğunu sübut edib. Bu cür hücumlar zamanı təyyarənin ölçüsü, sürəti, kütləsi və əlavə daşıdığı yanacaq və ya materiallar dağıdıcı təsiri artırır. Hətta kiçik və yüngül hava gəmiləri də terror məqsədilə istifadə oluna bilər. Belə hallarda hava gəmisindən həm maddi zərər, həm də ictimai qorxu məqsədilə istifadə olunur. Bu təhdidləri həyata keçirə biləcək şəxslər sərnişinlər, heyət üzvləri və ya qanunsuz daxil olmuş şəxslər ola bilər. Eyni zamanda, hava gəmisini kirayə götürən şəxslər də potensial təhlükə yaradırlar.