BAKI, 13 iyun. TELEQRAF
İsrail və İran arasında atran müharibə təhlükəsi fonunda ABŞ Dövlət Departamenti Yaxın Şərq və Şimali Afrika üçün xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, Dövlət Departamenti Yaxın Şərq və Şimali Afrikadakı vətəndaşları daha diqqətli olmağa çağırır.
ABŞ vətəndaşlarına vacib məlumat və xəbərdarlıqlar almaq, həmçinin xaricdə fövqəladə hallar zamanı ünsiyyət qurmaq imkanlarını sadələşdirmək üçün Ağıllı Səyahətçilərin Qeydiyyat Proqramına (STEP) qeydiyyatdan keçmələri tövsiyə olunur.