Virtual və fiziki nəzarət vasitələri hava limanı sistemlərinin qorunmasında mühüm rol oynayır.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.
Virtual nəzarətə şəbəkə müdafiəsi, məlumat şifrələməsi və antivirus sistemləri daxildir.
Fiziki nəzarət tədbirlərinə isə girişə məhdudiyyətlər və biometrik sistemlər aiddir.
Serverlərin mühafizəsi və hadisə qeydlərinin təhlili mütəmadi aparılmalıdır.
Ehtiyat sistemlər fövqəladə hallarda çevik reaksiya imkanı yaradır.
Hər bir texnoloji sistem üçün xüsusi risk profili hazırlanmalıdır.
Məqsəd kibertəhlükələrə qarşı davamlı və çevik müdafiə mexanizminin qurulmasıdır.