Birləşmiş Ştatlar administrasiyası 5 milyon dollar dəyərində olan və "qızıl kart" adlandırılan sənəd üçün müraciətlərin qəbulunu təmin edən yeni internet resursunu istifadəyə verib.
Publika.az xəbər verir ki, saytda müraciət etmək üçün istifadəçilər öz adlarını, yaşadıqları regionu və elektron poçt ünvanlarını qeyd etməlidirlər.
Saytın əsas səhifəsində ABŞ-ın qızılı rəngdə “Qızıl Kartı” təsvir olunub. Arxa planda isə Donald Trampın fiquru, Azadlıq heykəli və ağbaş qartal – ABŞ-ın rəsmi simvolu əks etdirilib.
Bu təşəbbüsün müəllifi Donald Trampdır. O, layihənin məqsədinin varlı xarici vətəndaşları cəlb etmək və ABŞ iqtisadiyyatına 5 trilyon dollara qədər potensial fayda gətirmək olduğunu bildirib. Tramp həmçinin əmindir ki, gələcəkdə bu kartlardan 1 milyondan çoxu satıla bilər.
2024-cü ilin aprelində Tramp bu kartın nümunəsini təqdim etmişdi: üzərində öz portreti olan qızılı rəngdə plastik sənəd. Yeni proqramın, 800 min dollardan 1,05 milyon dollara qədər investisiya tələb edən mövcud "EB-5" vizasını əvəz edə biləcəyi gözlənilir.