Google və Cloudflare kimi xarici xidmətlərin işində kütləvi fasilə xarici infrastrukturun nasazlığı ilə bağlı ola bilər...
Poliqon xəbər verir ki, bu barədə “Roskomnadzor” (RKN) məlumat yayıb.
Agentlik bildirib ki, onlar 21:34-dən etibarən Google, Twitch, Cloudflare və digər xarici resursların, xidmətlərin işində nasazlıqları qeydə alıblar. İstifadəçilərdən şikayətlər Rusiya, Almaniya, Bolqarıstan, İspaniya və digər ölkələrdən gəlib.
“İlkin məlumatlara görə, problem xidmətlərin xarici infrastrukturundakı nasazlıqla bağlıdır”, agentlik bildirib.
Google bildirib ki, Gmail, Google Calendar, Google Chat, Google Cloud Search, Google Docs, Google Drive, Google Meet, Google Tasks və Google Voice ilə bağlı problemlər artıq aradan qaldırılıb.
Poliqon.info