AZ

Hindistanla ABŞ ticarət müharibəsi astanasında: Danışıqlar fayda vermir

Hindistanla ABŞ-ın ticarət danışıqlarında ciddi problemlər yaranıb.

Musavat.com xəbər verir ki, məlumatı Bloomberg yayıb. Bildirilir ki, hər iki ölkənin rəsmiləri bu həftə Dehlidə keçirilən ticarət danışıqları zamanı güzəştsiz mövqe nümayiş etdiriblər.

Xüsusilə ABŞ-ın Hindistanın öz bazarını geni dəyişdirilmiş məhsullar üçün açması tələbi ilə bağlı tərəflər arasında fikir ayrılığı kəskinləşib. Vaşinqton həmçinin Hindistandan tibbi avadanlıqlara tarifləri qaldırmasını və bu məhsulların qiymətlərinə nəzarəti asanlaşdırmasını istəyir.
Öz növbəsində Hindistan ABŞ-dan tələb edir ki, onu avtomobil və polad idxalına rüsumlardan azad etsin. Yeni Dehli həmçinin iyulun 9-da ABŞ-ın Hindistan mallarına Trampın təyin etdiyi və 90 gün təxirə saldığı 26 faizlik rüsumlar qüvvəyə minəcəyi təqdirdə cavab addımları atacağını vəd edir.
Kanadada keçiriləcək G7 sammitində iştirak edəcəyi gözlənilən Hindistanın baş naziri Narendra Modinin Trampla ticarət məsələlərini müzakirə edəcəyi gözlənilir.

Hindistan, Modinin fevral ayında Vaşinqtona səfərindən sonra ABŞ ilə ticarət danışıqlarına başlayan ilk ölkələrdən biridir. Lakin indiyədək keçirilən danışıqlarda mövqeləri uzlaşdırmaq mümkün olmayıb.

 

Musavat.com

Seçilən
7
musavat.com

1Mənbələr