Kanadada daha əvvəl iyunun 15-nə planlaşdırılan “G7” sammiti (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) bir gün sonra baş tutacaq.
“Report”un məlumatına görə, bu barədə “Kyodo” agentliyi kanadalı rəsmiyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, “G7” liderləri görüşün yekunları üzrə əhatəli bəyannamə deyil, daha qısa, tematik bəyanatlar dərc etməyi planlaşdırır.