"Spotify", "Google", "Snapchat" və "Discord" daxil olmaqla, bütün dünyada onlayn xidmətlərdə fasilələr yaşanır.
Publika.az xəbər verir ki, bu barədə "Downdetector" istifadəçilərdən daxil olan müraciətlərə istinadla məlumat yayıb.
Bakı vaxtı ilə saat 23:18-ə olan məlumata görə, "Spotify" kəsintilərlə bağlı 46 000-dən çox şikayət alıb ki, onların əksəriyyəti (74%) proqramın zəif işləməsi ilə bağlı olub. "Google bulud" xidmətləri 14 000 dəfədən çox, "Google Meet" 8 600 və "Google" özü 10 500 dəfə bildiriş alıb. Daha 11.000 nəfər "Discord", 6.000 nəfər "Amazon", 5.300 nəfər isə "Snapchat"dan şikayət edib.
Dünyanın hər yerindən istifadəçilər digər xidmətlərdən, o cümlədən "Pokemon TCG" tətbiqindən, "Cloudflare", "Etsy", "Box", "OpenAI", "YouTube" və başqalarından şikayətlənirlər.