AZ

"Qızıl top"a namizədlərin adları nə vaxt açıqlanacaq?


2025-ci ildə "Qızıl Top" mükafatına namizədlərin adları avqustun 7-də açıqlanacaq.

Lent.az bu barədə "Qızıl Top" mükafatının sosial şəbəkə hesablarına istinadla xəbər verir.

Bildirilir ki, mükafatlandırma mərasimi sentyabrın 22-də Parisdəki Şatle teatrında keçiriləcək.

Qeyd edək ki, "Qızıl Top" Fransanın "France Football" jurnalı tərəfindən təqvim ilinin ən yaxşı futbolçusuna verilən illik futbol mükafatıdır.

2024-cü ildə mükafatın qalibi "Mançester Siti" klubunun oyunçusu Rodri olub.

Seçilən
50
news24.az

1Mənbələr