İngiltərə Liqa Kubokunda növbəti mövsümdən etibarən ilkin mərhələ oynanılacaq.
QOL.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiaasiyası məlumat yayıb.
Turnirin reqlamentində dəyişiklik edilməsinə səbəb İngiltərə Premyer Liqasının 9 klubunun növbəti mövsüm avrokuboklarda iştirak etməsi olub. Belə ki, ilkin mərhələdə 4 komanda çıxış edəcək. Birinci və ikinci mərhələdəki komandaların sayı isə azalacaq. UEFA turnirlərində iştirak edən Premyer Liqa klubları Liqa Kubokunda mübarizəyə 3-cü mərhələdən başlayacaq.
İlkin mərhələdə 3-cü liqadan 2-ci liqaya yüksəlmiş 2 komanda - "Barnet" və "Oldhem Atletik", eləcə də 21-ci və 22-ci yerləri tutan 2-ci Liqa klubları – "Akrinqton Stenli" və "Nyuport Kaunti" iştirak edəcək.
Qeyd edək ki, İngiltərə Liqa Kubokunun son qalibi "Nyukasl Yunayted"dir.