AZ

Pentaqon rəhbəri: Heç kim təslim olmaqdan danışmır

BAKI, 13 iyun. TELEQRAF

“Qərbdə Ukraynanın öz ərazisindəki silahlı münaqişədə qələbəsini təmin etməyin zəruriliyindən danışan heç kimin belə bir məqsədə çatmaq planı yoxdur”.

Teleqaf xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset deyib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün danışıqlara hazırdır: "Heç kim təslim olmaqdan danışmır. Biz danışıqlar yolu ilə sülhə nail olmaqdan danışırıq. Davamlı sülh olacağına ümid etdiyimiz danışıqlara hazırıq. Lakin Qərb ölkələrində qələbədən, üstünlüyü əldə etməkdən danışan heç kim mənə hələ də rus ordusunu bu xüsusi hərbi əməliyyat zamanı nəzarəti ələ keçirən ərazilərdən sıxışdırıb çıxarmaq planını təqdim etməyib”.

Seçilən
34
teleqraf.com

1Mənbələr